Reklam verin!
AzeriBlog

Bal istəyirsiniz?

Sağlam olmaq istəyən bal yesin!

PİRQULU-2010

Ruzigarim     Avqust 16, 2010 16:57

 pirüulu2010

Bu ilki Pirqulu balının ətri və dadı əvvəlki illərdən xeyli fərqli oldu. Buna səbəb çox güman ki, iyul ayında cökə ağacı çiçəkləyərkən quraqlığın olması idi. Bu zaman arı  nəinki cökə ağacının çiçəyindən, həm də adaçayı otundan (şalfey), kəklikotundan kifayət qədər bal götürə bildi. Ona görə də bal ətirli və dadlı oldu.

Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 33     Avqust 16, 2010 16:57     pirqulu 

Bal və arıçılıq məhsulları

Ruzigarim     Dekabr 29, 2008 23:32

ari 

Əliqulu Xəlilovun şəxsi

təsərrüfatından götürülmüş təbii çıçək balı:

Satışda olan balın növləri:

Pirqulu balı (cökə balı) - 20 AZN

Şamaxı balı (akasiya balı) - 18 AZN

Ağsu balı (biyan balı) - 16 AZN

Balın keyfiyyətinə və təbiiliyinə tam təminat verilir.

Satışda digər arıçılıq məhsulları da var:

Arı südü (пчелиное молочко)

Güləm (перга)

Çiçək tozu (пыльца)

Bərəmum (прополис)

Arı

Mum (воск)

Arıçılıq məhsullarından hazırlanmış müxtəlif preparatlar

Əlaqə telefonu: (050) 370 92 84 Əliqulu

E-mail: xalilov1955@mail.ru

BİZ KİMİK?     Şərhlər(15)     Baxış sayı: 1129     Dekabr 29, 2008 23:32     bal ari 

BAL, onun barəsində bildiklərimiz və bilmədiklərimiz:

Ruzigarim     Dekabr 27, 2008 18:26

Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən - nektardan hazırlayırlar. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir. Onun xüsusi çəkisi 1.41-1.44-dür.                                                                  

Bal şirin siropabənzər mayedir. Balın rəngi və ətri yığıldığı çiçəklərdən asılıdır. Rəng açıq sarı-süd rəngindən tünd qızılı-qəhvəyiyə qədər ola bilər. Qarabaşaq, süpürgə kolu, qaratikan, biyan və s. bitkilərin balı tünd rəngdə, cökə(липа), yonca, ağ akasiya, xəşənbül vəs bitkilərin balı isə açıq rəngdə olur.                      

 ***                               

Davamı...
Bal haqqında     Şərhlər(10)     Baxış sayı: 1107     Dekabr 27, 2008 18:26    

Təmiz balın xüsusiyyətləri (təmiz balı necə yoxlamalı)

Ruzigarim     Dekabr 21, 2008 20:47

bal

Balın ətri: Şüşə stəkana 30-40 qram bal tökülür, ağzı kip bağlanılır və 10 dəqiqə 45-50 °S temperaturda saxlanılır (məs, termostatda, sınaq şüşəsində, su hamamında). Sonra qapaq açılır və dərhal balın iyi müəyyən edilir. Baldan spesifik çiçəklərin qarışıq ətri gəlir. Ətir çox zaman kəskin olur.

Dadı: Bal 30-36 ° qızdırıldıqdan sonra onun tamı müəyyən edilir. Bal şirin, götürüldüyü çiçəkdən asılı olaraq özünəməxsus dada malikdir. Boğazı yandırması əsas şərt deyil. Tütün, şabalıd balı bir qədər acı dad verə bilər(bu ballar keyfiyyətcə aşağı hesab olunur). Bəzən bir qədər turşməzə də ola bilər.

Davamı...
Bal haqqında     Şərhlər(5)     Baxış sayı: 978     Dekabr 21, 2008 20:47     təmiz+bal+necə+yoxlanılır 

Foto-Pirqulu

Ruzigarim     Noyabr 10, 2008 22:10

foto

BİZ KİMİK?     Şərhlər(1)     Baxış sayı: 723     Noyabr 10, 2008 22:10    

Arı mumu

Ruzigarim     Noyabr 9, 2008 17:47

mum

Arıçılıq məhsulları içərisində mum çox qiymətli məhsuldur. İşçi arılar onu qarınlarının aşağı hissəsində olan mum vəziləri vasitəsilə ifraz edirlər. Mumu sürfələrə qulluq edən 10-20 günlük arılar istehsal edir.

Mum arılara şan toxumaq üçün lazımdır. Arı şanı toxuduqdan sonra onun içərisinə bal yığır və bala qoyur. Pətəkdə kifayət qədər bal, güləm olduqda, arılar yaxşı gəlir gətirdikləri vaxt arı ailəsi çoxlu mum ayırır və yüksək keyfiyyətli şan hörürlər. Təbiətdən gəlir gəlmirsə, hətta yuvada çoxlu süni yem olsa belə arılar şan hörmürlər.

Şan hörülməsi üçün arı ailəsində mütləq ana arı olmalıdır ( arı şahı ).

___

Davamı...
Digər arıçılıq məhsulları və apiterapiya     Şərhlər(5)     Baxış sayı: 1053     Noyabr 9, 2008 17:47     arı mumu mum 

ARI SÜDÜ

Ruzigarim     Oktyabr 24, 2008 19:52

 milk

Arı südü – cavan işçi arıların udlaq və üst çənə vəziləri tərəfindən hazırlanır. Arı südü 3-5 günlük sürfələri yemləmək üçün istifadə olunur. Yemləmə müddətindən asılı olaraq sürfədən işçi arı və ya ana arı çıxır. Ana arı çıxmalı olan yumurta işçi arılar tərəfindən xüsusi daha böyük hücrəyə qoyulur. İşçi arılar buradakı sürfəni arı südü ilə qidalandırırlar. İşçi arıların sürfələri isə arı südünü cəmi 3 gün qəbul edirlər. Bu onların sonrakı inkişafını müəyyənləşdirir. Belə ki, yalnız arı südü ilə qidalanan “ana arı” sürfələri 5 gün tez yetişir, çəkisi işçi arılardan 2 dəfə çox olur. Adi işçi arılar 30-40 gün yaşadığı halda ana arılar 8 aya qədər ömür sürürlər.

Davamı...
Digər arıçılıq məhsulları və apiterapiya     Şərhlər(3)     Baxış sayı: 1080     Oktyabr 24, 2008 19:52    

Zəhərli bal

Ruzigarim     Oktyabr 23, 2008 0:14

 zahar

Dünya ədəbiyyatında tez-tez zəhərli bal haqqında məlumat verilir. Bu barədə birinci dəfə qədim Yunan sərkərdəsi Ksenofont yazmışdır:

Fars-Yunan müharibəsində qələbə qazanmış ordu geri qayıdarkən bir yedə gecələməli olur (Batumi). Bu zaman onlar orada olan arı pətəklərindən bal götürərək doyunca yeyirlər.

Davamı...
Maraqlı     Şərhlər(3)     Baxış sayı: 814     Oktyabr 23, 2008 0:14    

  Yazılar cəmi: 15    Sonrakı səhifə »

Blog Haqqında

Ruzigarim

Axtarış

Keçidlər

Açar sözlər

ari  pirqulu  bal  təmiz+bal+necə+yoxlanılır  mum  mumu 

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 3200
  • Dünənki hit: 74
  • Bugünki hit: 44
  • Ümumi hit: 35216

Müxtəlif

Pulsuz KOnsultasiyalar

Her sey paylasdiqca gozeldir
Olan ve Biten

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com